581
Dünya 16 dekabr — 01:58

Gürcüstanda siqaretlə bağlı

Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq.

Yerli KİV-lər xəbər verir ki, mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunacaq.

Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.

Xəbərlər