484
Dünya 16 dekabr — 00:52

Makron Rusiyadan Qyudenin cəsədinin qalıqlarını istədi

Fransa Rusiyadan Napoleon Bonapartın yaxın dostu general Qyudenin cəsədinin qalıqlarını qaytarmasını istəyib.

Bu barədə “Le Point” məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron cəsədin qalıqlarının təhvili əməliyyatına başlamağı xahiş edib. O həmçinin bu münasibətlə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mərasim keçirməyi planlaşdırır. Generalın cəsədinin qalıqlarının Parisdə dəfn olunacağı gözlənilir.

Makron bununla Fransa-Rusiya əlaqələrini möhkəmləndirmək istəyir və bu addımı Fransa prezidenti tərəfindən salınmış körpülərdən biri adlandırır.

Qyudenin cəsədi bu ilin iyul ayında Smolenskdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanıb.

Xəbərlər