257
Dünya 15 dekabr — 16:16

İtaliyada bomba həyəcanı

İtaliyanın Brindizi şəhərində İkinci Dünya müharibəsindən qalma bombanın tapılması ilə əlaqədar 54 min sakin təxliyyə edilib.

Virtuala.org xəbər verir ki, insanlar yerli vaxtla səhər saat 08:00-dan evlərini tərk etməyə başlayıb. Təxliyyə işlərinə hüquq-mühafizə orqanlarının mindən çox əməkdaşı və 250 könüllü qatılıb.

1941-ci ildə atıldığı ehtimal olunan bomba “Andromeda” kinoteatrının genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Hazırda bombanın zərərsizləşdirilməsi üçün 15 hərbi mütəxəssis çalışır. Bomba bazar ertəsi günü şəhər kənarına çıxarılaraq partladılacaq.

Xəbərlər