182
Dünya 14 dekabr — 19:18

Sudanın sabiq prezidentinə 2 il həbs cəzası verildi

Xartum məhkəməsi Sudanın keçmiş prezidenti Ömər əl-Bəşiri iki il müddətinə azadlıqdan məhrum edib.

"Al-Arabiya" telekanalı xəbər verir ki, sabiq dövlət başçısı korrupsiya cinayətinə görə həbs cəzası alıb.

Hərbi Prokurorluğun müstəntiqləri əl-Bəşirin iqtidardan kənarlaşdırılması ərəfəsində yaşadığı evdə axtarış aparıblar və 6 milyon avro, 351 min dollar, həmçinin beş milyard Sudan funtu (təxminən 105 milyon dollar) aşkar edərək götürüblər.

Fakt üzrə keçmiş prezidentə qarşı külli miqdarda xarici valyutaya sahib olmaq, korrupsiya və qanunsuz hədiyyələr almaq ittihamı irəli sürülüb.

Xatırladaq ki, Sudanda 11 aprel 2019-cu ildə dörd ay davam edən xalq etirazları fonunda hərbi çevriliş baş verdi. 30 il ölkəni idarə etmiş Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırıldı və daha sonra həbs edildi. Hakimiyyəti ordunun yaratdığı Keçid Hərbi Məclisi öz üzərinə götürdü.

Xəbərlər