412
Dünya 14 dekabr — 21:35

Əfqanıstanda bir qrup hərbçi əsgər yoldaşlarını öldürərək “Taliban”a sığındı

Əfqanıstanın Qəzni əyalətinin Qarabağ qəzasında ötən axşam 9 hərbçini (başqa mənbəyə görə 25 nəfəri) öldürən 7 nəfər həmin hissənin əsgərləri olub.

“Report” xəbər verir ki, hərbçilər öldürdükləri yoldaşlarının silahlarını da götürərək hadisə yerindən qaçıb və “Taliban” hərəkatına sığınıblar.

“Taliban” isə hadisə zamanı 32 hərbçinin öldürüldüyünü, bir neçə tankın və bir avtomobilin məhv edildiyini açıqlayıb.

*   *   *15:20

Əfqanıstanda döyüşlər nəticəsində hökumət qüvvələrinin doqquz hərbçisi həlak olub.

Bu barədə məlumat Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumata əsasən, döyüşlər Qəzni əyalətinin Qarabağ dairəsində baş verib. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Yerli mətbuat ölənlərin sayının daha çox olduğunu iddia edir. Məsələn, 1TV telekanalı döyüşlər nəticəsində 25 hərbçinin həlak olduğu barədə məlumat yayıb.

AzərTAc xatırladır ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Xəbərlər