540
Dünya 14 dekabr — 12:21

Saakaşvilinin iqamətgahı satıldı

Gürcüstan hakimiyyəti "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixail Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu deyib.

Satılan iqamətgahın Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub. Bu qiyməti dövlətə “Aiqvini Saxli” şirkəti ödəyə bilib.

Qeyd edək ki, Saakaşvilinin iqamətgahı 2011-ci ildə tikilib.

Amma sabiq prezidentin iqamətgahdan istifadə edib-etmədiyi məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan bir il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.

Xəbərlər