257
Dünya 13 dekabr — 19:30

Boris Conson hökuməti formalaşdırmaq üçün Kraliçadan icazə aldı

Böyük Britaniya kraliçası II Elizabet yeni hakimiyyəti formalaşdırmaq üçün Boris Consona icazə verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Boris Conson parlament seçkilərində qalib gələn partiyanın lideri kimi Buckingham sarayını ziyarət edib. Burada seçki qalibinin Nazirlər Kabinetinə rəhbərlik etmək üçün monarxın icazəsini aldığı formal mərasimdən söhbət gedir.

Boris Consonun kraliça ilə görüşü təxminən 30 dəqiqə davam edib. Bundan sonra Baş Nazir rəsmi iqamətgahına qayıdıb.

Dünən keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası İcmalar Palatasında mütləq çoxluğa nail olub. Bu, Boris Consona Brexit prosesini maneəsiz başa çatdırmaq imkanı verəcək.

Son məlumata əsasən, Mühafizəkarlar Partiyası parlamentin 650 yerlik aşağı palatasında 364, leyboristlər 203, Şotlandiya Milli Partiyası 48, Liberal-demokratlar isə 11 yerə sahib olublar. Parlamentdə çoxluq əldə etmək üçün mühafizəkarlara 326 yer kifayət edirdi.

Xəbərlər