500
Dünya 12 dekabr — 14:19

Rusiyanın ən nəhəng gəmisi yanır: 6 yaralı

Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcısında yanğın baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Murmanskda təmir zamanı baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.

İlkin məlumata görə, yanğın enerji bölməsində qaynaq işləri aparılan zaman baş verib və əvvəlcə 120 kvadrat metr sahəni əhatə edib.

Amma sonradan yanğının əhatə dairəsi genişlənib və 600 kvadrat metrə çatıb.

Murmanskdakı gəmiqayırma mərkəzinin məlumatına görə, yanğın baş verən anda gəmidə 400 nəfər olub. İki nəfərin itkin düşdüyü bildirilir.

Xəbərlər