472
Dünya 11 dekabr — 12:47

Merkel Putini qalib adlandırdı

Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putini Parisdə “Normand dördlüyü” sammitindən sonra qalib adlandırıb. "Kommersant" xəbər verir ki, kansler bu ifadəni mətbuat konfransı ərəfəsində deyib.

"Bu gün siz qalibsiniz ..." - nəşr Merkelin sözlərindən sitat gətirib.

Dekabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib. Bu görüşdən sonra ilk dəfə Rusiya və Ukrayna prezidentiləri təkbətək danışıqlar aparıblar. Zelenski Putinlə görüşü heç-heçə adlandırıb.

Xəbərlər