230
Dünya 11 dekabr — 11:55

ABŞ-ın hərbi bazasının qarşısında güclü partlayış

Əfqanıstanın Parvan şəhərinin Bagram mahalında ABŞ-a məxsus böyük hərbi bazasının qarşısında bomba yüklü avtomobil partlayıb.

“İnterfaks” xəbər verir ki, mülki əhali arasında zərərçəkənlər var. Baza yaxınlığında xəstəxana və məktəbin olduğu qeyd olunur. Əvvəlcə hücumun hədəfinin NATO konvoyu olduğu qeyd edilsə də, daha sonra yaxınlıqdakı xəstəxananın hücumun hədəfi olduğu bildirilərək bu məlumat təkzib olunub.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir.

Xəbərlər