150
Dünya 10 dekabr — 01:24

Gürcüstanda 2 nəfər “donuz qripi”nə yoluxdu

Gürcüstanda qış mövsümündə ilk dəfə “donuz qripi”nə (H1N1) yoluxma halı qeydə alınıb. Virtualaz.org “Sputnik Gürcüstan”a istinadən bildirir ki, Batumidə bir nəfər virusa yoluxub.

Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili bildirib. Onun sözlərinə görə, virusa yoluxan yeniyetmədir. Tbilisidə də bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib. Hər iki xəstə ötən həftə xəstəxanaya yerləşdirilib.

Xəbərlər