329
Dünya 9 dekabr — 21:48

Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirir

Türkiyə hökuməti suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Ankaranın nəzarətinə keçmiş Suriya ərazilərində yerləşdirməyə başlayıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sosial məsələlər üzrə nazirlər konfransı zamanı deyib.

O bildirib ki, bu günədək Suriyanın təhlükəsiz hesab olunan ərazilərinə 370 min suriyalı könüllü qayıdıb. Ərdoğan əlavə edib ki, Ras-əl-Ayn və Tell-Əbyad şəhərləri arasında qəsəbələrin tikintisi başlayıb. Onun sözlərinə görə, bu bölgədə ilkin mərhələdə 1 milyonadək suriyalı məskunlaşa bilər.

Xəbərlər