261
Dünya 9 dekabr — 15:31

Türkiyədə terror: 2 nəfər ölüb, 7 yaralı var

Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində təhlükəsizlik qüvvələri əldəqayırma bombanı zərərsizləşdirməyə çalışarkən partlayış verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hazırda bölgədə antiterror əməliyyatı davam edir.

Xəbərlər