257
Dünya 8 dekabr — 22:12

İraq Ali Məhkəməsi aksiyalarda saxlanılan 2626 nəfərlə bağlı qərar verdi

İraqda etirazlar zamanı saxlanılan 2626 nəfər azad edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İraq Ali Məhkəməsi qərar qəbul edib.

Məhkəmənin yaydığı açıqlamada o da bildirilir ki, 181 nəfərlə bağlı istintaq prosesi davam etdirilir.

Xatırladaq ki, İraqda bir müddətdir hökumət əleyhinə aksiyalar keçirilir. Aksiyaçılar həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefasını tələb edirlər.

Xəbərlər