358
Dünya 8 dekabr — 13:12

İran Prezidenti Yaponiyaya gedir

ABŞ nüvə razılaşması ilə bağlı yaranmış çətin vəziyyətdən çıxış yolu axtaran İran Prezidenti Həsən Ruhaninin Yaponiyaya səfərinə etiraz etmir.

Bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, şənbə günü diplomatik mənbələr ABŞ-ın İran Prezidenti Həsən Ruhaninin Tehranın dünya dövlətləri ilə imzaladığı nüvə razılaşması ilə bağlı yaranmış vəziyyətdən çıxması üçün Yaponiyaya planlaşdırılan səfərinə etiraz etmədiyini vurğulayıblar.

Bununla yanaşı, Vaşinqtonun Tokionu Yaponiyanın Baş Naziri Şinzo Abe ilə İran Prezidenti Həsən Ruhani arasında sammitin nəticələrini bölüşməyə çağırdığı qeyd edilir.

AzərTAc xatırladır ki, azırda İran və Yaponiya məmurları H.Ruhaninin dekabrın 20-nə planlaşdırılan səfəri üzərində işləyirlər. Plan baş tutacağı təqdirdə, bu, 2000-ci ildə Məhəmməd Hatəminin Yaponiyaya rəsmi səfərindən sonra İran Prezidentinin yüksək səviyyəli ilk belə gəlişi olacaq.

Yaponiya və İran liderlərinin sammiti zamanı gündəlikdəki əsas mövzular sırasında Tehranın nüvə razılaşmasına riayət etməsi və Yaponiyanın Yaxın Şərqə özünümüdafiə qüvvələrini göndərməsi məsələlərinin yer alacağı güman olunur.

Xəbərlər