253
Dünya 8 dekabr — 01:08

ABŞ-da meşə yanğınları

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Pasifik Qaz və Elektrik” şirkəti dəhşətli meşə yanğınlarında zərərçəkən ailələrə 13.5 milyard dollar təzminat ödəyəcək.

Bu barədə şirkətin idarə heyətinin sədri Bill Conson məlumat yayıb. O, şirkətin 2017 və 2018-ci illərdə meşə yanğınlarındakı mənfi rolu nəzərə alınaraq belə addım atmaq qərarına gəldiklərini söyləyib.

Aparılan istintaq nəticəsində Kaliforniya tarixinin ən dəhşətli meşə yanğınına şirkətin elektrik ötürücü xətlərinin səbəb olduğu üzə çıxmışdı. 2018-ci ildə baş verən yanğında 86 nəfər həlak olmuşdu.

Xəbərlər