361
Dünya 7 dekabr — 18:20

Evin üstünə qaya düşdü

Türkiyənin Tunceli vilayətində qaya parçası dağdan qoparaq yaşayış evinə düşüb.

Türkiyə KİV-ləri xəbər verir ki, Yuxarıbudaq kəndində Suat Doğanın iki uşağı və arvadı ilə yaşadığı ev yararsız hala düşüb.

Hadisə baş verən zaman Dilək adlı ana və onun yeddi yaşlı oğlu evdə olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yerli icra orqanından bildirilib ki, dəyən maddi zərər ödəniləcək.

Xəbərlər