187
Dünya 7 dekabr — 17:28

Türkmənistan prezidenti 500-dən çox məhkumu əfv etdi

Türkmənistan prezidenti Qurbanqulu BerdıməhəmmədovBeynəlxalq Neytrallıq Günü ərəfəsində 528 məhkumu əfv edib.

"İnterfaks" xəbər verir ki, əfv sərəncamı Türkmənistan dövlət başçısı tərəfindən dünən keçirilmiş hökumətin genişləndirilmiş iclasında imzalanıb.

Sərəncamla 528 nəfər azadlıqdan məhrumetmə kimi əsas cəza və müəyyən ərazidə yaşamaq öhdəliyindən qurtulub.

Qeyd edək ki, Türkmənistanda hər il böyük dövlət bayramlarına həsr olunmuş əfv aksiyaları tətbiq olunur. 2019-cu ildə prezident buna qədər artıq üç dəfə əfv fərmanı imzalamışdı.

Xəbərlər