178
Dünya 5 dekabr — 19:10

Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq

ABŞ Suriyanın şimal-şərqindəki hərbi kontingentinin azaldılması və köçürülməsi prosesini başa çatdırıb.

Bunu “Reuters”ə müsahibəsində ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

Onun sözlərinə görə, Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq.

M. Esper qeyd edib ki, hər hansı hadisənin baş verəcəyi təqdirdə ABŞ hərbçilərinin sayını artıra bilər. Bununla belə, o, ABŞ-ın Avropa müttəfiqlərinin bölgəyə öz qoşunlarını göndərəcəyi təqdirdə Suriyadakı ABŞ qoşunlarının sayının azalacağını istisna etməyib.

Xəbərlər