142
Dünya 3 dekabr — 11:14

Qazaxıstanda neft şirkətinin avtobusu qəzaya düşdü

Qazaxıstanda neft şirkətinin sərnişin avtobusu qəzaya uğrayıb.

Virtualaz.org bildirir ki, bu barədə “TASS” agentliyi xəbər verir. Bildirilir ki, qəza nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan isə xəsarət alıb. Həlak olanların hamısı Qazaxıstan vətəndaşlarıdır.

Məlumata görə, “Neoplan” markalı avtobus yerli neft şirkətinə məxsus olub. Avtobusun salonunda 36 sərnişin olub.

Faktla bağlı cinayət işi açılıb.

Xəbərlər