234
Dünya 3 dekabr — 01:34

Türkiyə iki şəhid verdi

Türkiyənin İraq və Suriyada əməliyyatlara davam etdiyi “Pəncə-3” və “Sülh çeşməsi hərəkatı” bölgəsində iki əsgəri şəhid olub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, minaatanlardan açılan atəş nəticəsində daha bir hərbçi isə yaralanıb. O dərhal bölgə xəstəxanasına çatdırılıb.

Nazirlik şəhidlərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.

Xəbərlər