141
Dünya 2 dekabr — 16:46

Tramp impiçment dinləmələrinə getməyəcək

ABŞ Prezidenti Donald Tramp və vəkilləri bu həftə Nümayəndələr Palatasında keçiriləcək impiçment dinləməsinə getməyəcək. Bunu Ağ ev bildirib. Dekabrın 1-də Palatanın Ədliyyə Komitəsinə məktubunda Ağ evin müşaviri Pat Sipollone araşdırma zamanı “gərəkli prosedur və fundamental ədalətin qətiyyən təmin olunmadığını” qeyd edir.

İmpiçment maddələrini hazırlamalı olan komitə dekabrın 4-dən ictimai dinləmələrə start verir.

Palatanın üç komitəsi Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Tramp həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Co Bayden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.

İmpiçment araşdırması Trampın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir. Tramp araşdırmanı “əcinnə ovu” adlandırır. Sipollone məktubunda yazır ki, Ağ ev 4 dekabr dinləməsinə dəvət alsa da, hazırlaşmağa kifayət qədər vaxt, həmçinin şahidlər barədə informasiya verilməyib.

Cerrold Nadler

Ağ ev ikinci dinləməyə dəvəti ayrıca – dekabrın 6-dək cavablandıracaq, o yazır. Həmin dinləmənin vaxtı hələlik, bəlli deyil.Komitə sədri Cerrold Nadler ötən həftə Trampa yazır ki, prezident ya impiçment dinləməsində iştirak edə bilər, ya da “prosesdən şikayətlənməyi dayandırmalıdır”. Palatanın 3 komitəsi impiçment məsələsini səsverməyə çıxarmaqla bağlı tövsiyəsini verməlidir. Palata bunu təsdiqləsə, Senatda impiçment həyata keçirilməlidir.

Senat Trampın Respublikaçı Partiyasının nəzarətindədir və prezidentin vəzifədən kənarlaşdırılmasından ötrü üçdə iki səs çoxluğu lazımdır. Bu səbəbdən onun təqsirli bilinəcəyi mümkün görünmür. Palatanın kəşfiyyat komitəsində şahidlər qapalı ifadələr verəndən sonra iki həftə ərzində keçirilən ictimai dinləmələrə ötən həftə yekun vuruldu.

Virtualaz.org

Xəbərlər