314
Dünya 22 noyabr — 09:58

Türkiyə təyyarəsi Ukraynada qəzaya uğradı: sərnişinlər təxliyə olundu

“Türk Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi yerli vaxtla saat 20:55-də Odessa (Ukrayna) aeroportunda qəza enişi edib.

Virtualaz.org strana.UA saytına istinadən bildirir ki, eniş zamanı hava gəmisinin şassiləri qırılıb.

TK 465 reysi ilə İstanbuldan Odessaya uçuş həyata keçirən təyyarənin göyərtəsində 136 sərnişin olub. Onlar qəza trapları vasitəsi ilə təyyarəni tərk ediblər. Xəsarət alan olmayıb.

Qəzanın səbəbləri araşdırılır.   

Xəbərlər