215
Dünya 21 noyabr — 22:20

Ermənistanda Futbol Federasiyasının prezidenti istefa verdi

Ermənistan Futbol Federasiyasının (FFA) prezidenti Artur Vanetsyan istefa verib.

"RİA Novosti" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

FFA-nın İcraiyyə Komitəsinin üzvü Ruben Rubinyan federasiya prezidentinin istefasının qəbul olunduğunu söyləyib. Onun istefasına AVRO-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzmaları səbəb olub.

Xəbərlər