258
Dünya 19 noyabr — 13:14

Moskva aeroportlarında 30 reys təxirə salındı, 15-i ləğv edildi

Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şermetyevo” hava limanlarında 30 aviareys təxirə salınıb, 15- i isə ləğv edilib.

“RİA Novosti” xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 07:51-ə olan məlumata görə, "Vnukovo”da 12 uçuş təxirə salınıb, 11-i ləğv edilib.

“Domodedovo”da 11 uçuş təxirə salınıb, 4-ü ləğv edilib. “Şeremetyevo”da isə 7 reys təxirə salınıb.

Daha əvvəl çərşənbə axşamı günü buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qatı duman, çiskin və atmosfer təzyiqinin yüksək olacağı, temperaturun 5 dərəcəyə düşəcəyi barədə proqnoz verilmişdi.

Xəbərlər