213
Dünya 19 noyabr — 22:14

Gürcüstanda meşə yanğınının miqyası böyüyüb

Gürcüstanda hazırda yeddi yanğın ocağı qeydə alınıb.

Bu barədə Gürcüstanın Föqəladə Halların İdarə olunması Xidmətinin yaydığı məlumatda bildirilib.

Yanğın ocaqları Svaneti, Sameqrelo, Raça və Acarıstan bölgələrində yaranıb.

Bu il Gürcüstanda payız quraq keçdiyindən təkcə noyabr ayında ölkə ərazisində 44 meşə yanğını baş verib.

*   *   *10:16

Gürcüstanın Mestia rayonunun Tsxumari kəndi yaxınlığında ötən gecə baş verən meşə yanğınının miqyası böyüyüb.

Alov bir neçə hektar sahəyə yayılıb.

Çətin relyef yanğının söndürülməsini mürəkkəbləşdirib. Yanğının aradan qaldırılmasında 45-ə yaxın yanğınsödürən iştirak edir. Əraziyə əlavə 90 yanğınsöndürən cəlb olunacaq. (report)

Xəbərlər