176
Dünya 17 noyabr — 14:08

Belarus prezidenti Lukaşenko səs verdi

Belarus prezidenti Aleksandr Lukaşenko parlament seçkilərində səs verib.

“TASS” agentliyi xəbər verir ki, Lukaşenko Minskdə 506 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Təntənəli şəkildə qarşılanan prezidentə əvvəlcə gül dəstələri verilib. Daha sonra şəxsiyyət vəsiqəsini təqdim edən Lukaşenko seçici siyahısında yoxlanışdan sonra səs verib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Xəbərlər