304
Dünya 17 noyabr — 22:44

Belarusda seçkilər başa çatdı

Belarusda parlamentin aşağı palatasına keçirilən seçkilər başa çatıb.

Seçiçilər sanatoriyalar, istirahət evləri, xəstəxanalar, hərbi hissələr daxil olmaqla ümumilikdə 5,83 min səsvermə məntəqəsində səs verib. Bundan başqa, seçki zamanı ölkə xaricində 46 məntəqə açılıb.

Qeyd edək ki, majoritar sistemlə keçirilən seçkilərdə 110 dairədən 110 deputat seçiləcək. Deputatlıq kürsüsüsən isə 513 nəfər namizəddir.

*   *   *10:48

Belarusda parlament seçkiləri keçirilir.

Virtualaz.org bildirir ki, bu barədə “BELTA” agentliyi xəbər verir.

Bildirilir ki, yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb. Seçki məntəqələrindən 46-ı xaricdə fəaliyyət göstərəcək.

Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir. Ölkə parlamentində 110 yerə 513 namizəd iddialıdır. Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

Xəbərlər