151
Dünya 15 noyabr — 21:13

Xarkovda hərbi bazada partlayış

Ukraynanın Xarkov əyalətində Balakleya hərbi bazasında partlayış olub.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, xilasedicilər hadisə yerinə yollanıblar. Lakin onları hərbi hissə ərazisi olduğu üçün partlayış baş verən yerə buraxmayıblar.

Bildirilir ki, partlayış zamanı 2 Ukrayna hərbçisi ölüb, 5-i yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, hərbi bazada 20-dək partlayış qeydə alınıb. Hadisə təhlükəsiz sursatların məhv edilməsi zamanı baş verib, döyüş sursatlarının saxlandığı anbarlara heç bir təhlükə yoxdur. Qərargahın məlumatında ərazidə vəziyyətin nəzarətə götürüldüyü, yerli sakinlər və infrastruktur obyektləri üçün təhlükə yaratmadığı bildirilib.

Xəbərlər