213
Dünya 15 noyabr — 14:27

Venesiyada fövqəladə vəziyyət elan edildi

Bu gün Venesiyada su səviyyəsinin dəniz səviyyəsindən təhlükəli hədd sayılan 130 santimetrə qarşı 150 santimetrədək qalxacağı gözlənilir. Ötən gün isə şəhərdə suyun səviyyəsi 125 santımetrə qalxmışdı.

Virtualaz.org bildirir ki, İtaliya hökuməti Venesiyada baş verənləri nəzərə alaraq şəhərdə fövqəladə vəziyyət elan edib.

Gözlənilən əlverişsiz hava ilə bağlı məktəblər bağlanıb. Həmçinin Veneto, Piemonte, Lombardi, Trentino Cənubi Tirol bölgələrində də güclü çovğun, qalan ərazilərdə leysan yağışlar və şimşək gözlənilir.

Şəhər bələdiyyəsinin başçısı Luici Bruniaro “Twitter” səhifəsində şəhər sakinlərini və qonaqları ciddi səbəb olmadan küçələrə çıxmamağa çağırıb.

İtaliyanın Baş Naziri Cüzeppe Konte şəhərdə vəziyyətin ciddi nəzarətə götürülməsi və ortaya çıxa biləcək xərclər üçün büdcədən 20 milyon avro ayrılması barədə göstəriş verib. Şəhərə əlavə xilasedici qüvvələr cəlb olunub. Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro yardım ediləcək.

Mütəxəssislərin proqnozlarına əsasən, suyun səviyyəsi qalxmaqda davam edəcək.

Xəbərlər