302
Dünya 15 noyabr — 12:06

Rus hərbçiləri ABŞ hərbi bazasını nəzarətə götürdü

Rusiya hərbi polisi Kobani şəhəri yaxınlığında əvvəllər ABŞ hərbi bazası yerləşən aerodromu nəzarətə götürüb.

Virtualaz.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, rus hərbi polisi artıq aerodromun və hərbi bazanın ərazisinin mühafizəsini təşkil edib. Obyektlərin perimetrinə əsasən patrul təşkil olunub, atəş mövqelərində keşik çəkilir.

Qeyd edilir ki, keçən ay ABŞ ordusunun geri çəkilməsi ilə Rusiya hərbi polisi Kobaniyə yerləşmişdi.

Xəbərlər