344
Dünya 15 noyabr — 11:02

Şeremetyevo aeroportunda iki təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib. A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Məlumata görə, təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.

Xəbərlər