456
Dünya 15 noyabr — 00:14

Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı

Noyabrın 14-də “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində 11-ci tura start verilib.

Virtualaz.org bildirir ki, H qrupunda yer alan Türkiyə millisi İslandiya seçməsini qəbul edib.

“Ali Sami Yen” stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Oyunun heç-heçə bitməsinə baxmayaraq, Türkiyə millisi xalların sayını 20-yə çatdıraraq sona bir tur qalmış Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.

Yeri gəlmişkən, qarşılaşmanı izləyənlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

O, matçdan sonra rəsmi tvitter hesabında millini bu münasibətlə təbrik edib. "Təbriklər, Türkiyəm!", - deyə Ərdoğan paylaşımında qeyd edib.

Xəbərlər