116
Dünya 13 noyabr — 20:42

İtaliyada terror aktı planlaşdıran 12 nəfərlik dəstə ələ keçdi

İtaliya polisi Siena şəhərində terror aktı törətməyi planlaşdıran bir qrup şəxsi saxlayıb.

Virtualaz.org bildirir ki, həmin şəxslər əvvəlcə Siena qaz kəmərini və onun üzərində yerləşən məscidi partlatmağı planlaşdırıblar. Onlardan partlayıcı maddələr, odlu silah və mərmilər götürülüb. Faktla əlaqədar 12 nəfər saxlanılıb. Onların yaşadıqları evlərdə və toplaşdıqları yerlərdə axtarışlar aparılıb.

Terror aktı planının üstü şübhəli şəxslərin telefon danışıqlarının dinlənilməsi zamanı açılıb. Telefon danışıqları zamanı dəstənin başçısı olduğu bilinən 60 yaşlı şəxsin “milli qvardiya yaratmaq” planları da ifşa edilib.

Xəbərlər