203
Dünya 13 noyabr — 00:58

Böyük Britaniyada 500-ə yaxın ev su altında qaldı

Böyük Britaniyanın Baş Naziri Boris Conson fövqəladə komitə yaradıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki,  Komitənin yaradılmasında əsas məqsəd sel və daşqınların fəsadlarını müzakirə etməkdir.

Komitəyə rəhbərlik edən Baş Nazir sel və daşqınlardan zərər görmüş əraziyə baş çəkib.

Daşqının təsirinə məruz qalan ərazilərdə 1000-dən çox evin sakinləri təxliyə olunub. Donkasterdə 500-ə yaxın ev su altında qalıb.

Hidrometeorologiya Mərkəzi cümə axşamı üçün ölkənin böyük hissəsində gözlənilən yağışlar barədə sarı hava xəbərdarlığı edib.

Xəbərlər