739
Dünya 12 noyabr — 22:04

Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirdi

Hərbçilərin və polisin tələbi ilə istefa verən Boliviyanın keçmiş prezidenti Evo Morales adi vətəndaş kimi keçirdiyi ilk günü ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, sabiq prezident Twitter səhifəsində fotosunu paylaşaraq onu gizlədən “Cochabamba tropik birliyi”nə təşəkkürünü bildirib.

Morales şəklinə “Bu, çevrilişdən sonra vəzifədən getdikdən bəri ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrlişi gerçəkləşdirdi. Lider olduğum günləri xatırladım. Məni qoruyan “Cochabamba tropik birliyi”ndəki qardaşlarıma minnətdaram” yazıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də prezident seçkilərinin nəticələri elan edildikdən sonra ölkədə qarışıqlıq yaranmışdı. 14 il ölkəni idarə edən Morales Konstitusiyada prezidentlik dövrü ilə bağlı maddəni dəyişərək 4-cü dəfə rəhbər seçilmişdi. Bu isə etirazlara səbəb olmuşdu. Bu səbəbdən Morales istefa vermək məcburiyyətində qalmışdı.

Xəbərlər