134
Dünya 11 noyabr — 17:52

Gürcüstanın biznes ombudsmanı və müavini istefa verdi

Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze istefa verib.

Biznes ombudsmanla yanaşı onun müavini Levan Kalandadze də vəzifəsini tərk edib. İ.Lekvinadze və müavini noyabrın 8-də işdən çıxmaqla bağlı ərizə yazıblar.

Qeyd edək ki, İ.Lekvinadze 2018-ci ilin yanvarından Gürcüstanın biznes ombudsmanı vəzifəsini tuturdu. Qonşu ölkədə biznes ombudsmanı baş nazir təyin edir. (report)

Xəbərlər