273
Dünya 9 noyabr — 18:34

Ermənistanda parlament binası yanır

Yerevanda Ermənistan parlamentinin binaları kompleksinin ərazisində yanğın baş verib.

Virtualaz.org bildirir ki, “RİA Novosti” ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatlara görə, Milli Məclisin binasının damı yanıb. Hazırda 15 yanğınsöndürmə briqadası yanğını söndürür, Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyan hadisə yerindədir.

Eyni zamanda Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin qrupları və Təbabət Mərkəzinin həkimləri də işləyir.

Zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Xəbərlər