432
Dünya 9 noyabr — 14:15

Bir ailənin 4 üzvü bir gecədə məhv oldu

Türkiyənin Antalya şəhərində bir ailənin dörd üzvü ölü tapılıb.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, hadisə yerinə gələn polis əməkdaşları evdə dörd nəfərin cəsədini tapıb. Cəsədlərin Səlim Şimşək, onun həyat yoldaşı Sultan Şimşək və iki azyaşlı övladları Cərən və Əliyə aid olduğu aşkarlanıb.

Hadisə yerinə gələn tibb işçilərinin ilkin diaqnozuna görə, onların sionid turşusundan zəhərləndiyi ehtimal edilir. Qonşulardan biri hadisədən əvvəl onların evinə poçtla məktub gətirildiyini deyib. Polis evdə müəmmalı məktub da tapıb.

Hadisənin məktubla bağlılığı araşdırılır.

Xəbərlər