176
Dünya 8 noyabr — 00:20

Köçəryanın oğluna atası ilə görüş qadağan edildi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryana atası ilə görüş qadağan edilib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bunu Robert Köçəryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.

Jurnalistin "ata ilə oğlun görüşünə niyə icazə vermirlər" sualına cavabında vəkil deyib ki, bunu onlardan soruşun (hakimiyyəti nəzərdə tutur).

Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Köçəryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.

Xəbərlər