224
Dünya 19 oktyabr — 11:41

Rusiyada qızıl mədənində bənd uçdu: 12 ölü, 19 yaralı, 13 itkin

Rusiyanın Krasnoyarsk diyarında bəndin çökməsinin səbəbləri açıqlanıb.

Yerli KİV ilkin məlumata əsasən bildirir ki, Krasnoyarskın Kuraginsk rayonundakı qızıl hasilatı artelində Seyba çayı üzərindəki texniki su hövzəsində qəzaya səbəb bəndin istismar vaxtının ötməsi və dağılması olub. Hadisə nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 şəxs itkin düşmüş sayılır.

İstintaq qrupunun ehtimalına görə, yaxınlıqdakı fəhlə qəsəbəsində su basmış yataqxanalarda 80-ə yaxın adam olub.

Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

*   *   *11:22

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində 12 nəfər ölüb, 13 nəfər itkin düşüb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirlyi məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 03:00) Şetinkino qəsəbəsində qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

Hazırda itkin düşən şəxslərin axtarışları davam edir, təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər görülür.

Xəbərlər