391
Dünya 17 oktyabr — 15:02

Ankara PKK terrorçularını kimyəvi silahdan istifadədə ittiham etdi

“Türkiyə Silahlı Qüvvələrinin arsenalında kimyəvi silah yoxdur, Ankarada PKK / YPG terrorçularının Suriyada ondan təxribat üçün istifadə etmələri haqda məlumat var”.

Virtualaz.org NTV kanalına istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Bizim arsenalımızda kimyəvi və qadağan olunmuş silah yoxdur. Amma bizdə informasiya var ki, terror təşkilatı belə silahdan istifadə edir və günahı bizim üzərimizə atmağa, yalan xəbərlərlə Türkiyəyə ləkə yaxmağa çalışır",-deyə telekanal onun sözlərini sitat gətirib.

Virtualaz.org

Xəbərlər