563
Dünya 16 oktyabr — 00:24

“Barış bulağı”: zərərsizləşdirilən terrorçuların sayı 611-ə çatdı

Türkiyə Ordusunun Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.

Virtualaz.org bildirir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi yeni məlumat yayıb.

Bildirilib ki, əməliyyat başlayandan indiyədək 611 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlayıb.

Xəbərlər