533
Dünya 11 oktyabr — 00:02

Qonşusunu öldürüb, cəsədini altı il mənzilin divarında gizlətdi

ABŞ-ın Kaliforniya ştatının sakini qonşusunu öldürərək cəsədini altı il mənzilinin divarına gizlədib.

Virtualaz.org xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhər sakini Reyven Kempbellin 2009-cu ilin iyunundan bəri itkin düşdüyü bildirilirdi. 2015-ci ilin iyul ayında qadının ailəsinə anonim zəng gəlir. Zəng edən şəxs qadının yaşadığı mənzilin divarına basdırıla biləcəyini söyləyib.

Mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Axtarış itlərindən istifadə edən polis Kempbellin cəsədini tapıb. Məlum olub ki, qonşular artıq illərdir xoşagəlməz qoxudan şikayət edirmişlər.

Cinayətdə günahkar bilinən 47 yaşlı Randolf E. Qarbutt olub. O, öldürülən qadının keçmiş otaq yoldaşı olub. Ona 11 il həbs cəzası verilib.

Virtualaz.org

Xəbərlər