651
Dünya 10 oktyabr — 17:26

Kürdlər Türkiyədəki mülki əhalini atəşə tutdu

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonu Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən atəşə tutulub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, insident nəticəsində azı 18 nəfər xəsarət alıb.

O da vurğulanıb ki, minaatanlardan açılan atəşlərin hədəfi inzibati binalar olub.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

Virtualaz.org

Xəbərlər