362
Dünya 10 oktyabr — 14:04

“Barış Pınarı” ilə bağlı məqsədli məlumat yayan 21 nəfər saxlanıldı

Türkiyənin Mardin şəhərində “Barış Pınarı” əməliyyatı ilə bağlı sosial şəbəkələrdəki paylaşımlara görə 21 nəfər saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həmin şəxslər öz paylaşımlarında insanları nifrət və düşmənçiliyə təhrik edib, terror təşkilatlarının təbliğatını aparıblar.

Şübhəlilərlə bağlı polis araşdırmaları davam etdirir.

Xəbərlər