285
Dünya 10 oktyabr — 15:10

Paşinyan ölən hərbçilərin analarını aldatdı

Ermənistanda həlak olmuş hərbçilərin anaları və yaxınları yenidən etiraz aksiyalarına başlayırlar.

“Əsgər” ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan öz mübarizələrində qətiyyətli olduqlarını deyib.

“Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl xarici səfərindən sonra ölən hərbçilərin analarını qəbul edəcəyinə vəd vermişdi, amma bu günə qədər görüş baş tutmayıb. Biz Paşinyana xatırlatmaq istəyirik ki, baş nazir, əgər maddi vəsaitiniz varsa, amma onu hara sərf edəcəyinizi bilmirsinizsə, bu analar ümidlə sizi gözləyir. Biz baş nazirlə görüş gözləyirik, amma yanvarın 5-dən bəri açıqlamamıza hər hansı bir cavab yoxdur. Əgər problemimiz müsbət həll olunmasa, ölüm şəhadətnamələrini hökumətə verib, övladlarımızın geri qaytarılmasını tələb edəcəyik. Əgər hökumət küçə mübarizəsinin iştirakçılarının məsələsini həll edə bilibsə, onda həlak olmuş əsgərlərin analarının problemini də həll etsin", - deyə Xaçatryan əlavə edib.

Azvision.az xatırladır ki, "Əsgər" ictimai təşkilatının koordinasiya şurası həlak olmuş hərbi qulluqçuların ailələrinə və əlil olan hərbçilərə hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq, 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi tələb edir.

Xəbərlər