136
Dünya 10 oktyabr — 10:14

Rusiyalı jurnalist sərbəst buraxıldı

İranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzik sərbəst buraxılıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, rusiyalı jurnalist oktyabrın 10-da Tehrandan Moskvaya uçub.

Rusiyanın İrandakı səfirliyindən bildirilib ki, Tehran hakimiyyəti Yuliya Yuziki sərbəst buraxmaq barədə qərar qəbul edib. O, oktyabrın 10-da “Aeroflot” şirkətinin təyyarəsi ilə Moskvaya yola düşüb.

Qeyd edilir ki, Yuliya Yuzik oktyabrın 2-də Tehranın hava limanında saxlanılmışdı.

Virtualaz.org

Xəbərlər