823
Dünya 9 oktyabr — 23:28

Kürdlər Suriyanın şimalında neft quyularına od vurdular

Suriya Demokratik Qüvvələrinin kürd birləşmələri Suriyanın şimal-şərqindəki Əl-Hasaka kəndində yerləşən neft quyularını yandırıblar.

Virtualaz.org bildirir ki, bu barədə SANA xəbər yayıb.

Bundan əlavə, kürdlər Türkiyənin Suriya ilə sərhədindəki Ras əl-Ayn şəhərində təkərlərə od vurublar.

KİV-in məlumatına görə, yaraqlı birləşmələrin qərargahı məhz bu şəhərdə yerləşir və orada silahlı dəstələrə aid sənədlər məhv edilir.

Virtualaz.org

Xəbərlər