375
Dünya 9 oktyabr — 13:37

KİV: Türkiyə Ordusu Suriyaya girdi

Türkiyə Ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

Bu iddia ilə “Bloomberg” çıxış edib.

Nəşr məlumatı türkiyəli rəsmilərə istinadən yaydığını bildirib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdiririk. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.

Xəbərlər